Yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadasının seçmə imtahanın nəticələri müəyyən olundu.
03.12.2017-12.12.2017 tarixləri arasında Hollandiyada Yeniyetmələrin 14-cü Beynəlxalq Elm Olimpiadası (İJSO) keçiriləcəkdir. Ölkəmizi bu elm yarışında təmsil edəcək şagirdləri müəyyən etmək üçün 2 mərhələdən ibarət seçmə imtahanları keçirilmişdir. İlk mərhələsi 28.09.2017-ci tarixində keçirilən imtahanda 99 məktəbli iştirak etmiş və onlar arasından ən yüksək nəticə göstərmiş 15 şagird ikinci mərhələdə iştirak etmə imkanını əldə etmişlər. 3 həftə ərzində bu şagirdlərlə xüsusi proqramlar əsasında hazırlıq dərsləri təşkil edilmiş və sonda seçmə imtahanlarının ikinci mərhələsi keçirilmişdir. Seçmə imtahanlarının nəticələrinə əsasən ölkəmizi bu mötəbər elm yarışında təmsil edəcək 6 şagird artıq müəyyən edilmişdir.
Xatırladaq ki, Azərbaycan məktəbliləri hər il dekabr ayında fərqli ölkələrdə keçirilən Yeniyetmələrin Beynəlxalq Elm olimpiadasında (İJSO) 4 gümüş və 28 bürünc medal olmaqla cəmi 32 medal qazanmışlar.
14-cü Yeniyetmələrin Elm Olimpiadasına (IJSO 2017) yekun seçmə imtahanın nəticələri | ||||||
Adı Soyadı | Məktəb | Fizika | Biologiya | Kimya | Ümumi | |
1 | Əli Əliyev | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 11.5 | 20 | 13.85 | 45.35 |
2 | Turan Məmmədli | Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin şagirdi | 16.8 | 5.75 | 15.175 | 37.725 |
3 | Turan Bayramlı | Bakı şəhəri 291 nömrəli ekologiya liseyinin şagirdi | 18.4 | 12.5 | 6.15 | 37.05 |
4 | Xaqan Məmmədli | Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi | 15.3 | 7.5 | 7.05 | 29.85 |
5 | Fərid Əliyev | Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin şagirdi | 13.05 | 5.25 | 9.65 | 27.95 |
6 | Kənan Ağayev | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 0.5 | 12.25 | 13.875 | 26.625 |
7 | Ağaəli Nuri | Mingəçevir şəhəri texniki-humanitar təmayüllü liseyin eksperimental pilot siniflərin şagirdi | 16.15 | 7.75 | 1.7 | 25.6 |
8 | Aydan Xələfli | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 5.75 | 9.5 | 6 | 21.25 |
9 | Rövşən Vəliyev | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 2.8 | 12.5 | 4.95 | 20.25 |
10 | Nərgiz Məmmədli | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 5.55 | 12.25 | 1.25 | 19.05 |
11 | Fəxri Nəsirov | Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin şagirdi | 0 | 13.5 | 0.1 | 13.6 |
12 | Əli Şalanzadə | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 4.15 | 0.25 | 8.65 | 13.05 |
13 | Atilla Rəhimli | Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi | 11 | 0.75 | 0.75 | 12.5 |
14 | Samirə Sadıxova | Bakı şəhəri Kimya-Biologiya təmayüllü Respublika liseyinin şagirdi | 0.65 | 11.5 | 0 | 12.15 |
15 | Mehriban Abbasova | Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi | 4.65 | 3.75 | 3.65 | 12.05 |