image

Hər il may ayında keçirilən lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul imtahanları cari tədris ilində yaranmış epidemioloji vəziyətə görə  təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur. İmtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.