image

08.03.2021-ci il və 10.03.2021-ci il tarixlərində Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.  Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının yarımfinal turu Bakı şəhərində 12, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 22 mərkəz olmaqla ümumilikdə 35 mərkəzdə təşkil edilib. 

Yarımfinal turun nəticələri ilə aşağıdakı keçidlər vasitəsiylə tanış ola bilərsiniz. Qaydalara əsasən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 24 iştirakçı və 24-cü ilə eyni balı toplayanlar, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 48 iştirakçı və 48-ci ilə eyni balı toplayanlar olimpiadaların finalında iştirak haqqı qazanırlar. Bakı şəhəri üzrə 272  nəfər, digər bölgələr üzrə isə 317 nəfər məktəbli finalda iştirak etmək hüququ qazanıb. Onlardan 389 nəfər oğlan, 200 nəfəri isə qız şagirddir.

RFO Təşkilat Komitəsi və müvafiq fənlər üzrə münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır. 

Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Azərbaycan dili və ədəbiyyat aşağı yaş qrupu

Azərbaycan dili və ədəbiyyat yuxarı yaş qrupu

Biologiya aşağı yaş qrupu

Biologiya yuxarı yaş qrupu

Coğrafiya aşağı yaş qrupu

Coğrafiya yuxarı yaş qrupu

Fizika aşağı yaş qrupu

Fizika yuxarı yaş qrupu

Kimya aşağı yaş qrupu

Kimya yuxarı yaş qrupu

Riyaziyyat aşağı yaş qrupu

Riyaziyyat yuxarı yaş qrupu

Tarix aşağı yaş qrupu

Tarix yuxarı yaş qrupu