Olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsi məqsədilə qış kampı təşkil edilir.
Dərslər riyaziyyat fənni üzrə Beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimi professor Nazim Kərimovun rəhbərliyi ilə əvvəlki illərin olimpiada qalibləri- İsmət Ağayev (Budapeşt Texnologiyalar universiteti magistr 2-ci kurs tələbəsi) , Yusif Qasımov (Bakı Ali neft məktəbi) , Vüqar Quliyev (Bakı Dövlət universiteti) tərəfindən keçirilir.
Şagirdlər ötən ilin dekabr ayında təşkil edilən və 5700-dən çox şagirdin qatıldığı iki mərhələli imtahan əsasında seçilmişdir. Qeyd edək ki, 25 nəfər şagirdin iştirakı ilə keçirilən dərslər Kimya-biologiya təmayüllü Respublika liseyində təşkil olunur.