image

Məktəblilərarası VII Fənn müsabiqələrinin final mərhələsinin nəticələri elan edilib. 

İştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. 23 may tarixindən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər. Nəticələrlə bağlı müraciətlər 3 (üç) iş günü ərzində yerli təhsil idarəetmə orqanlar vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən qəbul edilir. 

Qeyd edək ki, Fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər 10 iyun 2022-ci il tarixinə qədər Azərbaycan Respublikasının Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər. 

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Fənn müsabiqələri qalibləri