20-25.06.2019-cu il tarixlərində Kipr respublikasında yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadası təşkil olunacaqdır. Bu yarışda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi ilə Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində 2 (iki) seçmə imtahanı keçirilmiş, koordinasiya prosesi yekunlaşmışdır. Hər gün şagirdlərə 4 sual və onları həll etmək üçün 4 saat 30 dəq. vaxt verilmişdir. 37 nəfərin iştirak etdiyi seçmə imtahanlarının nəticələrinə əsasən ölkəmizi bu elm yarışında təmsil edəcək komanda üzvləri aşağıdakılardır:
Adı və soyadı |
Müəssisənin adı |
Amin Cəfərzadə |
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi |
Aysun Bayramlı |
Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi |
Elçin Musazadə |
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin VIII sinif şagirdi |
Fərid Əlizadə |
Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi |
Toğrul Abbasov |
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi |
Yusif Qasımov |
Bakı şəhəri 220 nömrəli məktəb liseyin IX sinif şagirdi |