image

05-13 sentyabr 2019-cu il tarixlərində Beynəlxalq Olimpiadalara hazırlıq məşğələləri keçirilmişdir . Məşğələlərdə riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə ötən tədris ilində aşağı yaş qrupu üzrə hazırlaşan 100-dən çox şagird qatılıb.

Məşğələlərin keçirilməsində məqsəd tətildən sonra adaptasiya, hazırlıq prosesinin intensivləşdirilməsi, əvvəlki illərdə keçirilən mövzuların möhkəmləndirilməsi və şagirdlərə yeni hədəfələrin qoyulmasından ibarətdir. Məşğələlərə əvvəllər Beynəlxaq Olimpiada qalibi olan hal hazırda dünyanın qabaqcıl universitetində öz təhsillərini və akademik fəaliyyətlərini davam etdirən şagirdlər öz təcrübəsini iştirakçılar ilə bölüşüb.