image

Hər il təqribən 400.000-dən çox şagird dünyanın bir çox ölkələrində Bebras müsabiqəsində iştirak edir, müəllimlər onların bu sahədə biliklərini qiymətləndirirlər. Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xaraketerli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin maraqlarını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir. Bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri yoxlanılır və bunun əsasında qiymətləndirilir. Müsabiqə on-line şəkildə keçirilir. Müsabiqədə 18-20 sual və 40-45 dəqiqə vaxt verilir (sual və vaxt təşkilatçıların istəyindən asılı olaraq seçilir, 45 dəqiqə bir dərs saatına uyğun seçilib). Suallar testlər şəklindədir və heç bir dərin informatika bilikləri, proqramlaşdırma bilikləri tələb etmir. 

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsi Layihəsi çərçivəsində müsabiqəyə hazırlıq vəsaiti layihəsi icara edilməkdədir.